Əfəndi məşhur gecə üçün Yunanıstana dəvət edildi
23-06-2021, 14:50
167

Əfəndi məşhur gecə üçün Yunanıstana dəvət edildi

"Eurovision 2021" təmsilçisi Samirə Əfəndi Yunanıstana yollanıb.
Müğənni "Open TV" də səhər proqramının qonağı olub. O, müsabiqədə 21-ci yeri tutmasına görə məyus olduğunu deyib:
"Əsas odur ki, tamaşaçıların qəlbini və sevgisini fəth etdim. Mənim üçün ən önəmlisi bu idi".
Qeyd edək ki, Yunanıstanda Samirəyə "Mad VMA21" mükafatı veriləcək. Tədbir iyunun 25-də baş tutacaq.

Oxşar xəbərlər