Nazir prorektor olan qayınatanı işdən çıxarıb, yerinə kürəkənini təyin etdi
24-06-2021, 13:05
185

Nazir prorektor olan qayınatanı işdən çıxarıb, yerinə kürəkənini təyin etdi

Xəbər verdiyimiz kimi, Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Kamran Rəsulov Azərbaycan Texniki Universitetində (AzTU) Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub.
Unikal.org-un əldə  etdiyi  məlumata görə,  nazir AzTU-da prorektor olan Abuzər  Mirzəliyevi tutduğu vəzifəsindən azad edərək, Kamran Rəsulovu prorektor vəzifəsinə təyin edib.
Qeyd edək ki, yeni təyin olan Kamran Rəsulov işdən çıxarılan Abuzər Mirzəliyevin kürəkənidir.

Oxşar xəbərlər