Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi
24-06-2021, 14:04
195

Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 
Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilib. 

Oxşar xəbərlər