Cəmiyyət
24-06-2021, 14:13
168
Daha bir marşrut xəttində ödəniş “BakıKart”la olacaq
Sabahdan Bakıda 108B nömrəli marşrut xətti (“Azadlıq prospekti” metrostansiyası – Mehdiabad qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyi xəbər yayıb.
Qeyd edilib ki, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.