Sabah Bakıda avtobuslar işləməyəcək
25-06-2021, 11:07
157

Sabah Bakıda avtobuslar işləməyəcək

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm sərnişindaşımaları dayandırılacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumatda həmçinin deyilir ki, məlum olduğu kimi, 26 iyun Silahlı Qüvvələr Günü şənbə gününə təsadüf etdiyindən, 28 iyun bazar ertəsi qeyri-iş günü hesab edilir. Lakin Nazirlər Kabinetinin müvafiq qərarında da göstərildiyi kimi 28 iyun saat 06:00-dan müntəzəm sərnişindaşımaları adi rejimdə icra ediləcək.
 

Oxşar xəbərlər