BNA bu dayanacaq üçün 25 min manat ödəyir
25-06-2021, 11:50
198

BNA bu dayanacaq üçün 25 min manat ödəyir

Fotosunu gördüyünüz bu dayanacağın qiyməti Azərbaycanda 25 min manatadır.
Bu haqda rəsmi Dövlət Satınalmaları portalında qeyd olunub. Bakı Nəqliyyat Agentliyi bir ədəd rəsmi adı “bio-smart avtobus dayanacaq pavilyonu” olan dayanacaq üçün  satınalma müqaviləsi bağlayıb. Tenderi RD Smart QSC qazanıb. 
Müqaviləyə görə bir ədəd pavilyon üçün QSC-yə 25 min manat pul ödəniləcək. Açıq mənbələrdə “RD Smart” QSC şirkətinin 2019-cu ildə təsis olunduğu bildirilir. Şirkətin məqsədi “Made in Azerbaijan” brendi ilə müasir texnolojı məhsul istehsalına və xidmətlərin göstərilməsinə təkan vermək, habelə həmin brendlərin beynəlxalq arenaya çıxmasına şərait yaratmaqdır.

Oxşar xəbərlər