Cəmiyyət
25-06-2021, 12:50
178
"Son 6 ildə 18 220 terrorçu zərərsizləşdirmişik" - Hulusi Akar
“Həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində 2015-ci il iyulun 24-dən indiyədək 18 min 220 terrorçu zərərsizləşdirilib. Yalnız bu il məhv edilən terrorçuların sayı isə 1366 nəfərdir”.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar 2-ci ordu qərargahını ziyarəti zaman jurnalsitlərə açıqlamasında bildirib.
O, Əfqanıstanın paytaxtı Kabulda Həmid Karzay adına Beynəlxalq Hava Limanı ilə bağlı ABŞ-ın hərbi heyəti ilə görüş barədə də danışıb. O qeyd edib ki, bu, Əfqanıstan üçün həyati əhəmiyyət daşıyan, ölkənin xaricə açılan qapısıdır: “Məsələ ilə bağlı danışıqlar davam edir. Hələ ki qərar qəbul olunmayıb”.