Koronavirusun təhlükəli növü dəhşət SAÇIR - Sərhədlərimizə qədər çatdı
25-06-2021, 15:29
214

Koronavirusun təhlükəli növü dəhşət SAÇIR - Sərhədlərimizə qədər çatdı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Sumya Svaminatan koronavirusun mutasiya olmuş yeni versiyası olan “Delta” ilə bağlı xəbərdarlıq edib. Mütəxəssis “Hindistan ştammı”nın kütləvi şəkildə yayıla biləcəyini və onun əvvəlki virusdan iki dəfə çox yoluxucu olduğunu diqqətə çatdırıb.
Hindistanda isə artıq 85 ölkədə yayılmış “Delta” ştammından daha təhlükəli hesab edilən “Delta-plyus” ştammı aşkarlanıb. Ölkənin Səhiyyə naziri Vişvas Saranq açıqlama verərək “Delta-plyus”un ölümcül olduğunu vurğulayıb. Hətta yaxın zamanda onun Avropada yayılacağının proqnozlaşdırıldığını da bildirib.
Maraqlıdır, “Delta” və “Delta-plyus” ştammı Azərbaycanda da yayıla bilər?
Məsələ ilə bağlı danışan terapevt Sübhan Hacıyev koronavirusun yeni versiyasının Azərbaycana gəlib çıxma riskinin çox böyük olduğunu qeyd edib:
“Bu ştamm Hindistanda yeni ortaya çıxsa da, artıq sərhəd qonşularımızda var. Rusiya və Türkiyədə o tam dəqiqliyi ilə aşkar olunub. Heyf ki, biz hələ də hansısa ştammın, doğrudan da, var olub-olmadığını ayırd edə bilməmişik. Bizim o ölkələrə gedib-gəldiyimizi nəzərə alsaq, düşünürəm ki, payız aylarında bizdə də dördüncü dalğa mövzusu ola bilər, risk böyükdür. Müalicəsinə gəldikdə isə dünyada koronavirusla mübarizədə ən effektiv yol vaksinasiyadır. Ölkədə artıq Pfizer-BioNTech vaksini var, o, vaksinlərin içərisində ən effektlisi olduğu üçün ondan istifadə etməyi məsləhət görərdim”.

Oxşar xəbərlər