İcra başçısı həbs edilən rayonun polis şöbəsində yoxlama başlanıb? - AÇIQLAMA
25-06-2021, 17:22
167

İcra başçısı həbs edilən rayonun polis şöbəsində yoxlama başlanıb? - AÇIQLAMA

Şəmkir Rayon Polis Şöbəsində (RPŞ) yoxlamalar aparılması ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatlarda iddia edilir ki, vətəndaşların şikayəti əsasında DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən RPŞ-də yoxlamalar başlayıb.
Məsələ ilə bağlı açıqlama verən DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, yayılan məlumatlar əsassızdır. Onun sözlərinə görə, hazırda Şəmkir RPŞ-də heç bir yoxlama aparılmır.
Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Oxşar xəbərlər