Bu vaksin vurulduqdan sonra bir müddət duş qəbul etmək və günəşlənmək tövsiyə olunmur - Mütəxəssis RƏYİ
25-06-2021, 21:53
199

Bu vaksin vurulduqdan sonra bir müddət duş qəbul etmək və günəşlənmək tövsiyə olunmur - Mütəxəssis RƏYİ

Son zamanlar insanlar arasında vaksin olunduqdan sonra duş qəbul etmək, üzmək və günəşlənmək olmaz kimi fikirlər səsləndirilir. Məsələyə aydınlıq gətirmək üçün həkimlərə müraciət etdik.
Uroloq Vasif İsmayıl verdiyi açıqlamasında bildirdi ki, iynə vurulan yerin iltihablanmaması üçün 1 gün ərzində duş qəbul etmək və üzmək məsləhət görülmür. Bədəndə yara olduğu halda isə günəşlənmək olmaz.
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov da məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verib. O bildirib ki, vaksin vurduqdan sonra suyun və ya günəşin zərər verə biləcəyi ilə bağlı yayılan məlumatlar hər vaksinə aid deyil:
"Sputnik V" adenovirus olduğuna görə yüngül də olsa infeksiyaya yol açır. Elə bil soyuqdəymədən sonra çimirsən və ya günəşin altına girirsən. Bu təhlükə yalnız "Sputnik V"yə aiddir. "Sputnik-V" vurduran şəxslər 1-2 gün ehtiyat etməlidir. Azərbaycanda isə 90 faiz "CoronaVac" peyvəndi tətbiq edilir. Ümumiyyətlə peyvənd olunan şəxs yay aylarında, yəni, radiasiyanın çox olduğu dövrdə hər ehtimala qarşı günəş qarşısına çıxmamalıdır".
Xatırladaq ki, ötən gün Rusiyada vaksin istehsal edilən Qamaleya institunun rəhbəri Aleksandr Qintsburq "TASS"a verdiyi açıqlamada vaksin vurdurduqdan sonra duş qəbul etməyin və üzməyin məsləhət görülmədiyini deyib.
Seçenov Universitetinin yoluxucu xəstəliklər üzrə kafedrasının rəhbəri Elena Volçkova isə deyib ki, COVID-19 peyvəndinin hər iki dozasının vurulması prosesi tam bitənə qədər günəşlənmək olmaz.

Oxşar xəbərlər