Peyvəndin 3-cü dozasına hazırlıq - Antitellər pulsuz yoxlanılacaq?
26-06-2021, 11:38
156

Peyvəndin 3-cü dozasına hazırlıq - Antitellər pulsuz yoxlanılacaq?

Bakı şəhərindəki tibb müəssisələrində COVID-19 əleyhinə peyvəndin hər iki dozasını qəbul etmiş şəxslərin pulsuz İmmunoqlobulin G (anticismi isə xəstəliyin daha çox 14-cü günündən sonra qanda pozitivləşməyə başlayır və biz bunu qoruyucu anticism) analizindən keçiriləcəyilə bağlı məlumatlar yayılıb. Məlumata görə bu, peyvəndin 3-cü dozasının vurulması ilə bağlı araşdırma və müzakirələrdən sonra reallaşacaq. Belə ki, hər iki dozanı qəbul etmiş şəxslərin qanında COVID-19 əleyhinə antitel yaranmazsa, həmin şəxslərə peyvəndin 3-cü dozası vurulacaq.
 
Tibbi Ərazi Bölmələrinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü, həkim-infeksionist Nəzrin Mustafayeva Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, jazırda vaksinin 3-cü dozasının tətbiqi ilə bağlı bir neçə ölkədə araşdırma aparılır:
 
"Bu çalışmaların nəticəsinin 3-cü rübün sonlarında açıqlanması gözlənilir.  Nəticədən asılı olaraq da qərar qəbul ediləcək".
 
İnfeksionist hazırda məsələ ilə bağlı təsdiqlənmiş qərarın olmadığını vurğulayıb.

Oxşar xəbərlər