Britaniyalı səyyah Bakı dönərini təriflədi - FOTO/ VİDEO
28-06-2021, 18:26
170

Britaniyalı səyyah Bakı dönərini təriflədi - FOTO/ VİDEO

Britaniyalı səyyah Simon Uilson Bakını gəzərək xoş təəsüratlarını bölüşüb.
Bu barədə o,sosial şəbəkədə paylaşım edib.
Kadrlarda turist Bakını çox bəyəndiyini deyir.
“Bakının mərkəzindəyəm. Formula-1 burada keçirilmişdi deyə hələ də qıraqdakı hasarlar qalıb. Şəhərdən xoşum gəldi, təmizlikdi, təhlükəsizlikdi. İnsanları da dostcanlı görünür”, - deyə o, vurğulayıb.
Sonra o, qarşısına çıxan dönərxanaları göstərir və əksəriyyətinin türklərə aid olduğunu bildirir. Turist maraq üçün bir dönər alır və bu zaman maraqlı hadisə baş verir. Belə ki, U.Simonun uzatdığı əskinazın cırıldığını görən dönərsatan onu geri qaytarır.
“İnana bilmirəm, əskinas cırıq orlduğu üçün görtürmədilər, amma nə isə… Bu kabab sadəcə iki manat idi. Britaniya pulu ilə 50 pens. Bu, mənim xərclədiyim ən əla pensdir”, - deyə o, bildirib.
Qeyd edək ki, Simon Uilson dünya ölkələrini gəzərək, maraqlı paylaşımlar etməsi ilə tanınır.

Oxşar xəbərlər