"Mahnıdan qazandığım pulla İstanbulda ev aldım"
29-06-2021, 20:35
373

"Mahnıdan qazandığım pulla İstanbulda ev aldım"

Xalq artisti Brilliant Dadaşova  "Fəlidon doğru xəbər" verilişinə qonaq olub. 
Müğənni "Maç-maç" mahnısının Türkiyədə yayımlanmasından yüksək qonorar aldığını etiraf edib. Belə ki,  aparıcının "Nə qədər qazanmışınız? Neçə sıfır var idi" sualına belə cavab verib:
"Onlar məndən icazəsiz mahnıdan istifadə ediblər. Zəng etdilər ki, 11 aydır reklamda mahnınız yayımlanır, 1 ay da keçsə, heç nə sübut edə bilməyəcəksiniz. Getdim, sübut etdim və 5 illik müqavilə imzaladım. Sonra Azəri qızı Günel mahnını oxumaq istədi. İbrahim Tatlısəs dedi ki, aranjiman da edilib. Onlara deyə bilmədim ki, 5 il mahnını heç kim oxuya bilməz. Onlardan yaxşı pul almışdım. Həmin pulla İstanbuldan ev də aldım".

Oxşar xəbərlər