"SAB" məhkəməyə verildi
29-06-2021, 18:25
145

"SAB" məhkəməyə verildi

Azərbaycanda fəaliyyət göstərən məşhur kolbasa və sosiska istehsalçısı “SAB” firması cərimələnib.

Lent.az-ın məlumatına görə, firma barəsində İnzibati Xətalar Məcəlləsinin 445.1-ci (Qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə) maddəsi ilə cərimə protokolu tərtib olunub.

Protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib.

İş hakim Babək Pənahovun icraatına verilib.

Qeyd edək ki, sözügedən maddə ilə firma 800 manatdan 1000 manatadək cərimələnə bilər.

Oxşar xəbərlər