Bakıda liseyə Lütvi Zadənin adı verildi - Baş nazirdən qərar
30-06-2021, 10:40
195

Bakıda liseyə Lütvi Zadənin adı verildi - Baş nazirdən qərar

Baş nazir Əli Əsədov görkəmli elm xadimi Lütvi Zadənin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar imzalayıb. 
Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb. 
Qərara əsasən, Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Texniki-humanitar liseyə Lütvi Zadənin adı verilib.
Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti Lütvi Zadənin Bakı şəhərində yaşadığı binaya (Əlövsət Quliyev küçəsi, 79) xatirə lövhəsinin vurulmasını təmin edəcək.

Oxşar xəbərlər