Güclü külək Bakı- Sumqayıt qatarının hərəkətini DAYANDIRDI
30-06-2021, 10:43
211

Güclü külək Bakı- Sumqayıt qatarının hərəkətini DAYANDIRDI

Bakıda güclü külək nəticəsində Bakı-Sumqayıt qatarının hərəkəti dayanıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, güclü külək Bakı Sərnişin Stansiyasının yaxınlığında iri gövdəli ağacı aşıraraq həm kontakt şəbəkəni qırıb, həm də dəmir yolunu bağlayıb:
“Hazırda bir xəttdən istifadə olunduğu üçün Sumqayıt istiqamətindən Bakıya gələn qatarlarda gecikmə müşahidə edilir. Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır”.

Oxşar xəbərlər