AMEA-nın iclasından ŞOK SƏSYAZI: Elton Məmmədov İşlər İdarəsindən haqsızlığa baş əymədiyi üçün çıxarılıb
30-06-2021, 10:59
238

AMEA-nın iclasından ŞOK SƏSYAZI: Elton Məmmədov İşlər İdarəsindən haqsızlığa baş əymədiyi üçün çıxarılıb

Ramiz Mehdiyevin iki ayağı bir başmaqda; Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi Elton Məmmədov kimi bacarıqlı rəhbəri, dövlətçi elm adamını hələ çox axtaracaqlar; Elton Məmmədov gedir, AMEA-da nöqsanlar düzələcəkmi? Fikrət Əliyev AMEA prezidentinin qızının qaynı olmasaydı müdirlik yükünü belə həvəslə şəllənərdimi? Deyirdik inanmırdınız, sabiq deputatın uzaqlaşdırılmasında da bircə məqsəd var – korrupsiyanın, elmi tənəzzülün yeni mərhələsi, pul naminə vurhavur, vəssalam!

“Demokratik.Az” saytı olaraq ötən yazılarda Ramiz Mehdiyevin baş aşbazlığı ilə Azərbaycan Milli Elmlər Akademiyasında nələrin qaynadığını, milli elmin əsas mətbəxində elmin inkişafına dəxli olmayan hansı təzadlı proseslərin getdiyini oxucuya anlatmağa çalışmışdıq. AMEA-nın maddi və texniki imkanlarının Ramiz Mehdiyevin korporativ ailə maraqlarının təsirinə düşərək necə ciddi tənəzzül dövrü yaşadığını az da olsa işıqlandırmağa çalışmışdıq. Son yazımızda isə AMEA-nın İşlər idarəsinin sabiqləşən müdiri, sabiq deputat Elton Məmmədovun timsalında qurumda təmsil olunan ziyalıların necə nakam üsullarla AMEA-dan uzaqlaşdırılmasına da diqqət çəkmişdik.


Bu kəs isə professor Elton Məmmədovun AMEA işlər İdarəsinin müdiri vəzifəsindən uzaqlaşdırılmasının detallarına təkrar varmaq, ayrıca şərhlər etmək istəmirik. Onsuz da aşağıda sizə təqdim edəcəyimiz SƏSYAZI özü hər şeyi tam aydınlandırır.



Məhz 13 aprel 2021-ci il tarixdə AMEA-nın Rəyasət Heyətinin yığıncağında qeydə alınmış dialoq olduqca səmimi məqamlarla zəngindir. Səsyazısında eşidin, cənab Mehdiyev Elton Məmmədova necə şirin təriflər yağdırıq, qılıq edir, lakin sonda vəzifədən getməsini tətikləyir. Elton Məmmədov isə öz sərt və sanballı nitqində birbaşa Ramiz Mehdiyev olmaqla iclas iştirakçılarına səslənərək özünün keçdiyi həyat yolundan, əmək fəaliyyətindən, dövlətçilik amalından və AMEA-dakı nöqsanlardan danışaraq eşidənlərə yaxşıca dərs keçir. Professor Məmmədov özünün lakonik və məntiqli çıxışında AMEA-da əyləşib korrupsiyanın və varlanmaq eşqinin təsirindən ziyalılığı, dövlətçiliyi, prezidentə sədaqət andını unudanları qəflət yuxusundan ayılmağa səsləyir, mühüm nöqsanlar sadalayır. 

Səsyazısında Elton Məmmədov xüsusilə bəyan edir ki, işdən çıxarıldıqdan sonra “Ramiz Mehdiyev tərəfindən işdən qovuldu” kimi tənələri də qəbul etməyəcək.  

Şəxsən bizə görə, bu olay heç zaman AMEA adına unudulmayacaq. Ramiz Mehdiyevin texnika elmləri doktoru, professor Elton Məmmədova qarşı patoloji nifrəti bundan sonra da geniş araşdırma mövzusu olaraq qalacaq və hədəfə alınan digər elm adamları üçün bir müqavimət və əsl əzmkarlıq nümunəsi ola biləcək.
E.Məmmədovun 13 aprel 2021-ci ildə AMEA-ya təqdim etdiyi məzuniyyət və İSTEFA ərizəsi, həmin ərizənin isə Ramiz Mehdiyev tərəfindən 12 aprel tarixinə (bir gün geriyə-red) dərkənar edilməsi, “boz kardinal”ın repressiv qərarlarının növbəti presedenti kimi xatırlanacaq. 
“Demokratik.Az”-ın AMEA-dan əldə etdiyi maraqlı SƏSYAZISInı təqdim edirik. Diqqətlə qulaq asın, düşünün və özünüz dəyər verin.

Osman Nərimanoğlu
Demokratik.Az





Oxşar xəbərlər