Vaqif Dərgahlıya bir gündə 3 medal verildi
30-06-2021, 13:26
187

Vaqif Dərgahlıya bir gündə 3 medal verildi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında bir sıra sərəncamlar imzalayıb.
Ölkə başçısının sərəncamları ilə təltif olunan arasında Müdafiə Nazirliyi Mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı da var.
Belə ki, Vaqif Dərgahlı həm "Hərbi xidmətlərə görə”, həm də “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub. 
İyunun 24-də imzalanmış digər sərəncamla polkovnik Vaqif Rafiq oğlu Dərgahlının adı həm də “Ağdamın azad olunmasına görə” medalı alan hərbçilərin siyahısında yer alıb.
Qeyd edək ki, polkovnik Vaqif  Dərgahlı daha əvvəl - 2019-cu ildə “Hərbi xidmətlərə görə” medalı, 2020-ci ildə isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə də təltif olunub. 

Oxşar xəbərlər