Milli Məclisin Sədri Sahibə Qafarova Macarıstanda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Əlil uşaqlar üçün Reabilitasiya Mərkəzini ziyarət edib
30-06-2021, 17:14
466

Milli Məclisin Sədri Sahibə Qafarova Macarıstanda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Əlil uşaqlar üçün Reabilitasiya Mərkəzini ziyarət edib

Milli Məclisin Sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyəti Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkədə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Əlil uşaqlar üçün Laszlo Batyani İnstitutunun Reabilitasiya Mərkəzini ziyarət edib.
Azərbaycan parlament nümayəndə heyətini Mərkəzin direktoru Gyorgi İnotay qarşılayıb. O, Milli Məclisin Sədrinə məlumat verib ki, Mərkəz 1982-ci ildə Macarıstan katolik kilsəsi tərəfindən yaradılıb. Mərkəzin əsas missiyası görmə, hərəkət, ünsiyyət qabiliyyətləri pozulmuş və digər fiziki imkanları məhdud olan uşaqlara yardım göstərməkdən ibarət idi. Ümumi sahəsi 2800 kvadratmetr olan müəssisə 1994-cü ildə əsaslı təmir edilib. Heydər Əliyev Fondu çoxillik xeyriyyə missiyasını davam etdirərək Mərkəz üçün yeni korpus tikilməsi təşəbbüsü ilə çıxış edib. 2015-ci ildə tikinti başa çatdırılandan sonra həmin korpus digər binalar kompleksi ilə birləşdirilib. 30 çarpayılıq beşmərtəbəli yataqxana korpusunun ümumi sahəsi 1385,26 kvadratmetr təşkil edir. Binada dərs, istirahət və yataq otaqları, mətbəx və lift mövcuddur.
Mərkəzin kollektivi ilə söhbət edən Sahibə Qafarova deyib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə belə bir Mərkəzin yaradılması iki dost xalq arasında münasibətlərin yüksək səviyyəsini nümayiş etdirir. O vurğulayıb ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond hər zaman xeyirxah və humanist təşəbbüsləri ilə nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda bir çox mühüm layihələr həyata keçirir. Fondun çoxşaxəli və xoşməramlı fəaliyyəti həmişə yüksək qiymətləndirilir.
Sonra Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti Mərkəzin fəaliyyəti ilə tanış olub, mərkəzdə reabilitasiya keçən uşaqlarla görüşüb. Milli Məclisin Sədri Mərkəzə xatirə hədiyyəsi təqdim edib.
Milli Məclisin Sədri Sahibə Qafarova Macarıstanda Heydər Əliyev  Fondunun dəstəyi ilə inşa olunmuş Əlil uşaqlar üçün Reabilitasiya Mərkəzini ziyarət edibMilli Məclisin Sədri Sahibə Qafarova Macarıstanda Heydər Əliyev  Fondunun dəstəyi ilə inşa olunmuş Əlil uşaqlar üçün Reabilitasiya Mərkəzini ziyarət edibMilli Məclisin Sədri Sahibə Qafarova Macarıstanda Heydər Əliyev  Fondunun dəstəyi ilə inşa olunmuş Əlil uşaqlar üçün Reabilitasiya Mərkəzini ziyarət edibMilli Məclisin Sədri Sahibə Qafarova Macarıstanda Heydər Əliyev  Fondunun dəstəyi ilə inşa olunmuş Əlil uşaqlar üçün Reabilitasiya Mərkəzini ziyarət edibMilli Məclisin Sədri Sahibə Qafarova Macarıstanda Heydər Əliyev  Fondunun dəstəyi ilə inşa olunmuş Əlil uşaqlar üçün Reabilitasiya Mərkəzini ziyarət edibMilli Məclisin Sədri Sahibə Qafarova Macarıstanda Heydər Əliyev  Fondunun dəstəyi ilə inşa olunmuş Əlil uşaqlar üçün Reabilitasiya Mərkəzini ziyarət edib



Oxşar xəbərlər