Bakıda mərkəzi yolda aparılan təmir işləri sıxlığa səbəb ola bilər - FOTO
30-06-2021, 17:34
164

Bakıda mərkəzi yolda aparılan təmir işləri sıxlığa səbəb ola bilər - FOTO

Paytaxt yollarında hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması tədbirləri çərçivəsində Heydər Əliyev prospekti əsas yolunun “Bağırov” körpüsü kimi tanınan yolayrıcı tuneldən keçən hissəsində ayırıcı bordürün inşası ilə bağlı layihə hazırlanıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, layihənin icrası prospektin bu hissəsində baş verən yol-nəqliyyat hadisələri zamanı ölüm və xəsarət alma risklərinin minimuma endirilməsinə, piyada təhlükəsizliyi səviyyəsini daha da artırmağa imkan verəcək. 
Müvafiq dövlət qurumlari ilə razılaşdırılan layihənin icrasına başlanılıb. Bu səbəbdən, yolun hər iki istiqamətində orta zolaqlar üzrə nəqliyyat axınında fasilələrlə müəyyən ləngimələr yarana bilər. Sürücülərdən hərəkətin təhlükəsizliyi məqsədi ilə görülən işlərə anlayışla yanaşmalarını xahiş edirik.
Bakıda mərkəzi yolda aparılan təmir işləri sıxlığa səbəb ola bilər- FOTO

Oxşar xəbərlər