Jurnalistin xanımı VƏFAT ETDİ
1-07-2021, 14:39
137

Jurnalistin xanımı VƏFAT ETDİ

Övladı xərçəng xəstəsi olan jurnalist, xalqxeber.az portalının baş redaktoru Peyman Sadıqov ağır itki ilə üzləşib.
Peyman Sadıqovun həyat yoldaşı bu gün vəfat edib.   
Qeyd edək ki, jurnalistin azyaşlı qızı Nuray Sadıqzadə xeyli vaxtdır xərçəng xəstəsidir. O, altı aydan çoxdur  ki, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alır. İndiyə kimi bir neçə kurs kimyateropiya, radioşüa qəbul edib. Bu yaxınlarda isə əməliyyat olunub.

Oxşar xəbərlər