“Dünyanın müxtəlif yerlərində yaşayan, xalqımızın müqəddəs amalları, azərbaycançılıq və müstəqil dövlətçilik ideyaları ətrafında birləşmiş soydaşlarımızla, həmvətənlərimizlə müzəffər ordumuz, mübariz silahlı qüvvələrimiz üçün əlamətdar olan bir gündə görüşmək məndə böyük sevinc və qürur hissi doğurdu. İştirakçısı olduğum 44 günlük Vətən müharibəsindəki möhtəşəm Zəfərimiz münasibətilə onların hər birindən eşitdiyim təbriklər bütün ağrı-acılarımı unutdurdu. Möhtərəm Prezidentimiz, müzəffər sərkərdəmiz cənab İlham Əliyevin rəhbərliyi ilə doğma yurdumun işğaldan azad edilməsi uğrunda döyüşlərdə oğlumla birlikdə iştirakımdan fəxarət duyuram. Qələbəmiz bütün dünya azərbaycanlıları üçün misilsiz nailiyyətdir”. Bu sözləri Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə xaricdəki Azərbaycan Evlərinin və Azərbaycanlıların Koordinasiya Şuralarının iyunun 26-da Türkiyənin İstanbul şəhərində keçirilmiş birgə toplantısının qonağı olan Füzuli rayonundan məcburi köçkün, birinci və ikinci Qarabağ müharibələrinin veteranı, hərbi təqaüdçü Adil Quliyev deyib. O, ötən ilin oktyabrında Füzuli uğrunda döyüşlərdə aldığı ağır qəlpə yarasının müayinəsi və müalicəsi üçün “Yaşat” fondu tərəfindən qardaş ölkəyə göndərilib və İstanbuldakı “Avrasiya” klinikasına yerləşdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi toplantının keçirildiyi vaxt İstanbulda müalicədə olan azərbaycanlı hərbçilərin hər biri ilə əlaqə saxlayıb, onlarla görüşüb, səhhətlərindən xəbər tutub və hərəkət etmək imkanı olanların dünya azərbaycanılarının toplantısında qonaq qismində iştirakını təmin edib. Müzəffər ordumuzun qəhrəman qaziləri toplantı iştirakçıları tərəfindən alqışlarla qarşılanıblar, Silahlı Qüvvələr Günü münasibətilə səmimi təbrikləri qəbul ediblər. Bu diqqət və səmimi münasibətə görə komitənin rəhbərliyinə, diaspor hərəkatının fəallarına minnətdarlığını bildirən Adil Quliyev erməni faşizmi üzərində möhtəşəm qələbənin qazanılmasında Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi müdrikliyi və sərkərdəlik istedadı, rəşadətli ordumuzun yenilməz gücü və qəhrəman hərbçilərimizin hədsiz fədakarlığı ilə yanaşı, ümumxalq birliyinin, mili həmrəyliyin həlledici amil olduğunu vurğulayıb. O deyib: “İstanbuldakı toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun və diaspor fəallarının çıxışlarını maraqla dinlədim və bir daha əmin oldum ki, xaricdə yaşayan soydaşlarımız xalqımızın haqq səsini, dövlətimizin ədalətli mövqeyini son illərdə daha böyük mütəşəkkilliklə dünya ictimaiyyətinə çatdırıblar. Bu da erməni faşizminə qarşı mübarizədə dövlətimizə xaricdəki dostlarımızın güclü dəstəyini qazandırıb. İstanbuldakı toplantıda diaspor hərəkatının yeni inkişaf istiqamətləri müəyyənləşdirildi. Xüsusən, Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyəti üçün möhkəm zəmin olduğu bildirildi”.
Məcburi köçkün qazi, həmçinin qeyd edib ki, xaricdə yaşayan azərbaycanlılar, diaspor təşkilatları və nümayəndələri bu ilin may ayı ərzində keçirilən “Yaşat” Xeyriyyə Marafonunda mütəşəkkil qaydada iştirak etməklə, şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının yanında olduqlarını bir daha göstəriblər.
Xatırladaq ki, Adil Quliyev birinci Qarabağ müharibəsində əvvəlcə yerli özünümüdafiə dəstəsinin başçısı, sonra milli ordunun bölük komandiri kimi iştirak edib. 1993-cü ilin avqustunda ağır yaralanıb, müalicə olunduqdan sonra yenidən cəhbəyə qaydıb. 1994-cü il yanvarında ulu öndər Heydər Əliyevin rəhbrəliyi ilə ordumuzun apardığı uğurlu Horadiz əməliyyatının iştirakçısı olub. Həmin əməliyyat nəticəsində Füzuli rayonunun 24 yaşayış məntəqəsi işğaldan azad edilib. Atəşkəs dövründə də zabit kimi hərbi xidmətini davam etdirən Adil Quliyev 1996-cı ildə ordudan tərxis olunub. Bundan sonra ictimai fəal kimi cəmiyyətdə vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunun möhkəmləndirilməsinə xidmət göstərib. “Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin üzvüdür. İkinci Qarabağ müharibəsinin – 44 günlük Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq hərbi xidmətə qayıdıb, 54 yaşında yenidən erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib və ağır yaralanıb. Daxili qoşunlarının zabiti olan oğlu baş leytenant Rüfət Quliyev də öz komandanlığına müraciət edərək döyüşən orduya göndərilməsini xahiş edib və xahişi yerinə yetirilib. O da doğma yurdunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edib.
Dövlətimizin başçısı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında göstərdiyi şəxsi igidlik və şücaətə görə Adil Quliyevi Füzulinin və Qubadlının azad eilməsinə görə, həmçinin “Cəsur döyüşçü” medalları ilə təltif edib. Cəsur və vətənpərvər qazimizə tezliklə sağalmağı, işğaldan azad edilmiş doğma yurdun dirçəlişində iştirak etməyi arzulayırıq.
Oxşar xəbərlər
Son Xəbərlər
-
09:00
ŞƏHİD ƏMANƏTLƏRİNƏ TƏŞƏKKÜR SÜFRƏSİ… - Cəlal Qurbanov: “Şəhid ailələri bizim ən dəyərli ünvanımızdır!” / Video, Foto
-
03:10
Cavanşir Qurbanov Prezident tərəfindən təltif edildi-FOTOLAR/VİDEO
-
02:29
Cəlal Qurbanov Novruz bayramı münasibəti ilə Səmayə ananın timsalında bütün Şəhid Analarını təbrik edib
-
14:43
Cəlal Qurbanov- 44 YAŞ
-
18:35
Şəhid əmanətlərinin Novruz tonqalı Şahdağda qalandı
-
18:39
Bakıda sıfır dərəcəyə yaxın şaxta olub, qar yağır - FAKTİKİ HAVA
-
18:36
Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi Səudiyyə Ərəbistanının nüfuzlu xəbər saytında dərc olunub
-
18:28
Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur
-
18:23
Ərdoğanın sədrliyi ilə təhlükəsizlik toplantısı keçirilir
-
18:12
Azərbaycan Belarusdan taxta-şalban idxal edən ölkələr sırasında ilk üçlükdədir
-
18:09
Nigerdə silahlıların hücumu nəticəsində 3 nəfər həlak olub
-
18:05
Türkiyədə sosial şəbəkələrdə terrorçuların təbliğatını aparan 110 nəfər müəyyən edilib - YENİLƏNİB
-
18:02
BMT-nin helikopteri Afrikada qəzaya uğrayıb
-
18:00
“Moody's”: “Türkiyədə inflyasiya ilin ikinci yarısında yavaşlamağa başlayacaq”
-
17:56
Emre Can ilin ən yaxşısı seçildi
-
17:49
"Neftçi" Türkiyədəki ikinci yoxlama oyununda məğlub olub
-
17:44
Tayvan administrasiyasının yeni seçilən başçısı Çinlə dialoq istədiyini bildirib
-
17:39
Sürücülük təcrübəsi az olan şəxslərə xəbərdarlıq edildi
-
17:25
Yaponiyada şüşəsi çatlayan təyyarə məcburi eniş edib
-
17:21
Aygün Bəylər qızına bunları demişdi...
-
17:17
Göygöldə "Mercedes" yandı
-
17:14
Elza Seyidcahanın papağını LAĞA QOYDU - FOTO
-
17:05
İsrail ordusu HƏMAS-ın komanda mərkəzi və qərargahının məhv edildiyini açıqlayıb
-
17:02
Bayden Husiləri terrorçu adlandırdı
-
16:58
Fransada Xan qızına görə etiraz aksiyası keçirilir
-
16:52
Şəkidə iki mərtəbəli evdə yanğın olub
-
16:46
Məzahir Pənahov MSK-nın veb-kameralar quraşdırıldığı 1000 seçki məntəqəsində yanğın təhlükəsizliyi kameralarının olmamasını vacib sayıb
-
16:43
Sürücülük təcrübəsi az olan şəxslərə xəbərdarlıq edilib
-
16:37
Növbədənkənar Prezident seçkilərini izləmək istəyən müşahidəçilərin sayı açıqlanıb
-
16:34
Seçkiqabağı təşviqatın aparılması üçün 22 gün vaxt verildi
-
16:31
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 220 nəfərə çatıb
-
16:27
DYP: "Sürücülərin buz bağlayan yollarda avtomobil idarə etməmələri tövsiyə olunur"
-
16:20
Nyu-York küçələrində görüntüləndi
-
16:13
FIFA Braziliya və Argentinanı cərimələyib
-
16:09
Tramp əsassız məhkəmə iddiası ilə bağlı təzminat verəcək
-
16:06
Anasının yeriyə bilmədiyini deyib ağladı
-
16:02
“Jewish Journal”: “Ermənistanda sinaqoqun yandırılması antisemitizmlə bağlı yeganə əlamət deyil”
-
15:57
Yanvarın 14-16-da yollar buz bağlayacaq - Xəbərdarlıq
-
15:53
"Neftçi" bu gün Almaniya klubu ilə üz-üzə gələcək
-
15:50
Sevgilisinə hücum edən aktyor filmdən uzaqlaşdırıldı
-
15:47
İsveç 10 ildən sonra Aİ-nin ən çox məhbusu olan ölkəsinə çevrilə bilər
-
15:43
36 min nəfər serialdan şikayət edib...
-
15:39
Azərbaycanlı məşhurların əsl yaşları - ŞOK OLACAQSINIZ
-
15:33
Cennifer Lopez: "Ərim üçün narahat olmasınlar! O xoşbəxtdir" - FOTO
-
15:30
"İçimdəki qadın" kitabı 2 milyondan çox satıldı
Top 5
- Bu Gün
- Bu Həftə
- Bu Ay
Arxiv
« Май 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |