Azərbaycanlı qadınları satmaq üçün xaricə aparan şəxs hakim qarşısında
1-07-2021, 18:08
166

Azərbaycanlı qadınları satmaq üçün xaricə aparan şəxs hakim qarşısında

İnsan alverində təqsirli bilinən Kəmalə Cəfərovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Siyavuş Hacıyevin icraatına verilib.
K.Cəfərova Cinayət Məcəlləsinin 144-1.2.1-ci (İnsan alveri iki və daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham olunur.
Lent.az-ın əldə etdiyi məlumata görə, 37 yaşlı Kəmalə Cəfərova cinayət əməllərini 2016 və 2019-cu illərdə həyata keçirib. O, 2016-cı il avqustun 1-dən 16-dək zərərçəkmiş 43 yaşlı N.A-nı, 2019-cu il mayın 11-dən 16-dək olan dövr ərzində isə 34 yaşlı Ş.M-nı Türkiyənin Konya şəhərinə aparıb. Daha sonra isə orada qurbanlarını cinsi istismara məcbur edib.
Hər iki zərərçəkmişin Bakının Binəqədi rayonundan Türkiyəyə aparıldığı bildirilir.

Oxşar xəbərlər