Samuxda qaramaskalılar NƏ ZAMAN GÖRÜNƏCƏK? - GİLEY
2-07-2021, 11:49
209

Samuxda qaramaskalılar NƏ ZAMAN GÖRÜNƏCƏK? - GİLEY

"Samuxda bu gün Alı Qocayev istədiyini edir. Kəndlilərin pay torpaqları onun və qohumlarının arasında bölüşdürülüb. Bunu da kimsə görmür. Dəfələrlə aidiyyatı qurumlara yazdığımız şikayətlər də cavabsız qalır". DİA.AZ bildirir ki, bunu redaksiyamıza müraciət edən Samux sakinləri bildiriblər.

Onlar müraciətlərinə bvelə davam edirlər: "Əvvəllər düşünürdük ki, Alı Qocayev keçmiş Milli Məclis sədri Oqtay Əsədovun hesabına vəzifədə qalır. Amma neçə ildir ki, parlamentin sədri dəyişib. İndi bu adamı kim qoruyur ki, hələ də adam rayonda istədiyini edir. Bu gün Alı Qocayevin kəsdiyi başa sorğu-sual yoxdur. Kəndli əkməyə torpaq tapmır. Açıq deyirlər ki, acından qırılaq..."

Sonda dia.az-a müraciət edən sakinlər Alı Qocayevin həbsini də tələb edirlər: "Görəsən bu mübarək qaramaskalılar bizim rayonda nə vaxt görünəcək ki, camaatın da canı dincəlsin..."

Oxşar xəbərlər