İnam Kərimovun MÜBHƏM "ESTET" SEVGİSİ... - Milyonlar belə yeyilir...
2-07-2021, 13:09
161

İnam Kərimovun MÜBHƏM "ESTET" SEVGİSİ... - Milyonlar belə yeyilir...

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tenderin qalibini elan edib.

DİA.AZ xəbər verir ki, aqrar yönümlü peşə təhsili məktəbinin avadanlıqlarla (mebel və inventar daxil) təchizatı tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Açıq tenderin qalibi "ESTET" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi qalibə 2 milyon 992 min 534 manat ödəyəcək.

Qeyd edək ki, KTN şefi İnam Kərimovun "ESTET" Məhdud Məsuliyyətli Cəmiyyətinə milyonları həvalə etməsi ilk dəfə deyil və buna qədər də müşahidə olunub. Məsələn elə 2019-cu ilin 27 iyul tarixində açıqlanan məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti üçün laboratoriya avadanlıqlarının satın alınması üçün elan etdiyi tenderin nəticəsini açıqlayarkən də, tenderin qalibi elan edilən “ESTET” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə imzalandığını bəyan etmişdi.

Həmin müqaviləyə əsasən, Kənd Təsərrüfatı Nazirliyi Universiteti üçün laboratoriya avadanlıqlarının satın alınması üçün “ESTET” MMC-yə 1 milyon 997 min 296.2 manat ödəmişdir.

Hər halda, bu faktların özü belə barəsində kifayət qədər informasiya olmayan "ESTET" barəsində araşdırma tələıb edir. Özü də hüquqi araşdırma... Güman edirik ki, əlaqədar qurumlar bununla ən azından maraqlanacaqlar... Ki, İnam Kərimovun mübhəm "ESTET" sevgisindən ictimaiyyət üçün ortalığa aydınlatıcı faktlar çıxmış olsun.

Oxşar xəbərlər