Nəsib Quliyev vəzifəsindən azad edildi - Yerinə bu həkim gətirildi
2-07-2021, 16:00
728

Nəsib Quliyev vəzifəsindən azad edildi - Yerinə bu həkim gətirildi

Səhiyyə Nazirliyinin baş pediatrı dəyişdirilib.
Bununla bağlı səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, tibb elmləri doktoru, professor Nəsib Quliyev baş pediatr vəzifəsindən azad olunub.
T.Musayevin digər əmri ilə “İnternational Medical Center Bakı” MMC-nin "Baku Medical Plaza Klinikası" nın pediatriya və neonatologiya şöbəsinin müdiri Erkin Rəhimov baş pediatr vəzifəsinə təyin olunub.

Oxşar xəbərlər