Cəsur döyüşçü Camal Alxasov protezlə təmin edildi - VİDEO
2-07-2021, 17:26
158

Cəsur döyüşçü Camal Alxasov protezlə təmin edildi - VİDEO

Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı müharibənin zəfərlə bitməsində pay sahibi olanlardan biri, Sumqayıt şəhər sakini, əsgər Alxasov Camal İlqar oğlu protezlə təmin edilib.
Bu barədə cəsur döyüşçümüzün özü məlumat verib.
Hazırda “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə olan Camal Alxasovun reabilitasiya prosesi davam edir.
“Türkiyədə Özəl Küveyt-İstanbul Protez Mərkəzində reabilitasiya prosesləri gedir. Hazırlanan protezlə yavaş-yavaş gəzməyə başlayıram. Müalicəm davam edir. Hər şey qaydasındadır. İnşallah bazar günü səhər tezdən Vətənə qayıdacam”, - deyə C.Alxasov bildirib.
Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Alxasov Camal İlqar oğlu “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.


Oxşar xəbərlər