“Neftin qiyməti kəskin dəyişəcək“ - Proqnoz
2-07-2021, 21:32
174

“Neftin qiyməti kəskin dəyişəcək“ - Proqnoz

“Son illərdə ilk dəfədir ki, Brent markalı neft ilə WTI markalı neftin qiyməti bərabərləşib. Hər iki növ neft 75-76 dollar koridorundadır. Keçmiş illərə baxsaq, hər dəfə belə fenomen baş verəndə yəni "spread" bu həddə olanda neft qiymətləri kəskin dalğalanır, çox güman, yaxın günlərdə yenə kəskin qiymət dəyişikliklərini izləyəcəyik”.
Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
“OPEC və Rusiya danışıqları bu gün davam edəcək, dünən razılaşma olmadı. Səudiyyə və Rusiya hər ay 400 min barel olmaqla il sonuna qədər 2 mln. bareldən çox günlük hasilatı artırmağı, yəni daha ehtiyatlı davranmağı, süni yolla qiyməti hələ də yuxarıda saxlamağı təklif edir, amma bir neçə ölkə bunun əlehinə çıxır, hasilatı daha çox artırmağı təklif edir, çünki onlar üçün qiymət sərfəlidir, həm də bazar paylarını artırmağı düşünürlər. Görüşün dünəndən bu günə - 5-ci gün axşama ertələnməsi onu deməyə əsas verir ki, razılaşma daha çox hasilatı artırmaq yönündə olacaq, bu isə qiymət koridorunu 10 dollar azalda, neft qiymətlərini 60-70 dollar koridoruna çəkə bilər. Qərarın 5-ci gün axşama saxlanılması ona görə lazımdır ki, dünya birjaları bağlanandan sonra qərar çıxsın, həmən kəskin dalğalanma yaratmasın, həftənin ilk iş gününə qədər bu qərarla bağlı ajiotaj azalsın, yeni həftədə birjalar açılanda qiymətlər daha az enmə göstərsin”,-deyə iqtisadçı bildirib.
Natiq Cəfərli qeyd edib ki, bu yanaşma anlaşmanın konservativ olmasında da keçərlidir:
“Səudiyyə və Rusiyanın təklifi keçsə, kəskin bahalaşma ola bilər, ona görə də qərar hər bir halda birjalar bağlanandan sonra, ya da bağlanmağa yaxın elan ediləcək.
Beləliklə, neft qiymətləri ya 60-70 koridoruna, ya da 80 dollardan yuxarı qiymət diapazonuna yerləşəcək, hər bir halda dalğalanmalar hissedilən olacaq”.

Oxşar xəbərlər