Rusiya terrorçuluqda təqsirləndirilən azərbaycanlı qadını beynəlxalq axtarışa verdi
3-07-2021, 12:06
165

Rusiya terrorçuluqda təqsirləndirilən azərbaycanlı qadını beynəlxalq axtarışa verdi

Rusiya hüquq-mühafizə orqanları Azərbaycan əsilli qadını beynəlxalq axtarışa verib.
Bu barədə "İnterpol"un saytında məlumat verilib.
Bildirilib ki, 1991-ci ildə Dərbənd şəhərində anadan olan, Azərbaycan və rus dillərində danışan Əminə Əliyeva terror təşkilatının fəaliyyətində iştirak etməkdə təqsirləndirilir.
Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib, saxlanılması üçün "İnterpol"a müraciət olunub.

Oxşar xəbərlər