Mübariz Mənsimov yenidən iş başında
5-07-2021, 15:05
174

Mübariz Mənsimov yenidən iş başında

“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov, haqqında ev həbsi qərarı ləğv olunduqdan sonra ilk dəfə işə çıxıb.
Bu barədə Mənsimovun köməkçisi Fidan Quliyeva öz feysbuk səhifəsində məlumat verib. Şirkətin əməkdaşları onu qapıda qarşılayıb. Şirkət rəhbəri də əməkdaşlarının bu sevincini təbəssümlə qarşılayaraq, onlara yanında olduqları üçün təşəkkür edib:
"Hamınıza tək-tək təşəkkür edirəm. Sizlər bu şirkətin qalasısınız. 350 gün nələr yaşadığınızı bilirəm. Allah sizlərdən razı olsun. Artıq yeni səhifə açırıq. Durmaq yoxdur! Yola davam! Geriyə, keçmişə baxmadan yalnız irəli gedəcəyik. İnanıram ki, qarşıda bizi daha yaxşı günlər gözləyir. Sizin hamınızı sevirəm. Bu müddət ərzində çətinliklərə baxmayaraq, yanımda qaldığınıza və şirkəti tərk etmədiyinizə görə sizlərə təşəkkür edirəm. Tam gücümüzlə işə sarılmalı və “Palmali”nin problemlərini həll etmək üçün əlimizdən gələni etməliyik. Mən inanıram ki, çox qısa zamanda biz buna nail olacağıq. Yanımda olan, problemlərə sinə gərən gəmiçilərim başda olmaqla, hər birinizə təşəkkür edirəm!"
“Palmali” Şirkətlər Qrupunun rəhbəri qısa çıxışndan sonra işinin başına keçib.


Oxşar xəbərlər