Türkiyəyə aparılan Arif Babayevin SON DURUMU
5-07-2021, 15:48
175

Türkiyəyə aparılan Arif Babayevin SON DURUMU

Xalq artisti Arif Babayevin Türkiyədə müalicəsi davam etdirilir.
Bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib.
O, bildirib ki, sənətçi bir müddətdə Türkiyədə qalacaq: "Gəzməkdə və danışmaqda çətinlik çəkir, Vəziyyəti olduğu kimi qalır. Müalicə gedir, inşallah yaxşılığa doğru olar. Hələ ki, vəziyyət stabildir. 10-15 gündən sonra Bakıya qayıdacaq. Bu gün isə ürək həkimi baxmalıdır".
Qeyd edək ki, Arif Babayev ötən ilin sentyabrında insult keçirib və Türkiyədə əməliyyat edilib. Onun 83 yaşı var./Publika.az

Oxşar xəbərlər