Qonşu ölkədə daha 125 nəfər koronavirusdan öldü
25-08-2020, 14:36
287

Qonşu ölkədə daha 125 nəfər koronavirusdan öldü

İranda son sutka ərzində 125 nəfər yeni növ koronavirusdan (COVID-19) vəfat edib.
Bakıtv.az xəbər verir ki, bununla da qonşu ölkədə indiyədək bu virusdan ölənlərin ümumi sayı 20 901 nəfərə çatıb. Son 24 saat ərzində 2 213 nəfər koronavirusa yoluxub, bununla da İranda bu virusa yoluxanların sayı 363 363 nəfərə yüksəlib.
İndiyədək 313 058 nəfər koronavirusdan sağalıb. Hazırda virus daşıyıcılarından 3 839 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Oxşar xəbərlər