Türkiyəli müğənni Şuşaya gələcək - VİDEO
10-07-2021, 10:21
150

Türkiyəli müğənni Şuşaya gələcək - VİDEO

Məşhur müğənni Sinan Akçıl yeni açıqlaması ilə gündəmə gəlib.
“Haber global”a qonaq olan sənətçi Şuşaya gələrək “Sən daim yaşa, Azərbaycan” mahnısını ifa edəcəyindən danışıb:
“Yaxın zamanlarda Azərbaycanın Türkiyədəki konsulluğu ilə əlaqə saxladım. Bütün planlar həyata keçirilir. O mahnını orada səsləndirəcəm. Bu sadəcə söz olaraq qalmayacaq.
Azərbaycanda bizə böyük sevgi var. “Bakıya gedib 3 qat pul qazanaram” kimi düşünən həmkarlarım var. Lakin mən o torpağı çox sevirəm. Orada insanların mənə qarşı çox səmimi duyğuları var. Çox qonaqpərvər insanlardır.
Qeyd edək ki, Sinan Akçıl Vətən müharibəsi zamanı sosial şəbəkə hesabında dəfələrlə Azərbaycana dəstəyini nümayiş etdirib.


Oxşar xəbərlər