Kür çayından meyiti tapılan şəxs Vətən Müharibəsi iştirakçısı imiş
10-07-2021, 11:45
166

Kür çayından meyiti tapılan şəxs Vətən Müharibəsi iştirakçısı imiş

Kür çayının Salyan rayonundan keçən hissəsində aşkarlanan kişi meyitinin kimliyi məlum olub.
Meyiti tapılan şəxs rayon sakini, 2001-ci il təvəllüdlü Nəcəfov Murad Əsəd oğludur. O, Vətən Müharibəsi iştirakçısıdır. İyul ayının 1-də həqiqi hərbi xidmət müddətini başa vuraraq geri dönüb.
Gülayə Mecid
***
10:00
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Salyan rayonundan keçən hissəsində aşkarlanan naməlum kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu əraziyə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər