Bakıda “Ukrayna dairəsi”ni su basdı - VİDEO
11-07-2021, 11:14
206

Bakıda “Ukrayna dairəsi”ni su basdı - VİDEO

"Ukrayna dairəsi" yaxınlığında kanalizasiya xəttinin sıradan çıxması nəticəsində daşqın olub və Gəncə prospekti maşınlar üçün keçilməz hala düşüb.
"Sputnik Azərbaycan" xəbər verir ki, bu gün səhər saatlarında Bakının Əhmədli qəsəbəsində, Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkının və yeni tikilmiş ASAN Xidmət Mərkəzinin yanında, Gəncə prospektində dəhşətli tıxac yaranıb.
İlkin ehtimala görə, tıxaca səbəb kanalizasiya xəttinin sıradan çıxması nəticəsində yolu su basması olub.
Getdikcə artan su səbəbindən yol minik maşınları üçün keçilməz hala düşüb. İndiyə qədər bölgəyə qəza xidməti yaxınlaşmayıb.
Qeyd edək ki, sözügedən ərazidə xüsusilə yağış yağan zaman tez-tez bu hal müşahidə edilir.

Oxşar xəbərlər