“Qadınları zorlayaq!” çağırışı edən blogerə görə DİN hərəkətə keçdi
12-07-2021, 12:28
142

“Qadınları zorlayaq!” çağırışı edən blogerə görə DİN hərəkətə keçdi

Sosial şəbəkələrdə “Pantural” ləqəbi ilə tanınan bloger “qadınları zorlayın!” deyə çağırış edib.
O, həmcinslərinə çağırış edib ki, ictimai yerlərdə onların şəhvət hissini oyadan qadınlara qarşı seksual xarakterli zorakılıq etsinlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov “oxu.az”ın sorğusuna cavab olaraq bildirib ki, artıq həmin blogerin şəxsiyyəti müəyyən edilib və araşdırma aparılır:
“Araşdırmanın nəticəsindən asılı olaraq həmin şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul olunacaq və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

Oxşar xəbərlər