Daha bir qaziyə vəzifə verildi - FOTO
12-07-2021, 13:03
139

Daha bir qaziyə vəzifə verildi - FOTO

Vətən müharibəsinin iştirakçısı, qazi, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Saatlı” stansiyasında mühəndis vəzifəsində çalışan Haxiyev Sadiq Qabil oğlu mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli tərəfindən vəzifəyə təyin edilib.
RSXM-nin baş direktorunun əmri ilə Sadiq Haxiyev mərkəzin “Saatlı” stansiyasının müdiri təyin edilib.
Qeyd edək ki, Vətən müharibəsində  iştirak edən, baş leytenant Sadiq Haxiyev Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarının işğaldan azad edilməsi zamanı yanında minomyot partlaması nəticəsində iki gün danışıq və eşitmə qabiliyyətini itirsə də, döyüşlərə davam edərək, Şuşanın azad olunması da daxil olmaqla Vətən müharibəsində şərəfli döyüş yolu keçib.
Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında imzaladığı sərəncamlarla “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Hərbi rütbəsi artırılıb. 


Oxşar xəbərlər