Bizi çağırsalar nə deyək, ay Vəfadar Bağırov?-PA-nın sektor müdiri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin yaxın qohumudur
25-08-2020, 16:11
330

Bizi çağırsalar nə deyək, ay Vəfadar Bağırov?-PA-nın sektor müdiri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin yaxın qohumudur

Azərbaycan tarixində  yadımda qalan ən maraqlı və məzmunlu toy rəhmətlik  Üzeyir bəy Hacıbəylinin yaratdığı “O olmasın, bu olsun”  komediyasındakı  tacir Məşədi İbadın toyudur. O toyda bütün Azərbaycan cəmiyyəti: bəyi, lotusu, qəzetçisi, taciri və s  hamısı görünür.
Amma  düzünü deyim kimı, Ramiz  Ənvəroviçin nəvəsinin toyu daha  dərindir, hər mənada, hətta tragikomediyadır. 
Toyda iştirak edənlər and içir ki, babamın goru haqqı, mən toya səhv düşmüşəm, sağlıq-tost deyənlər deyir ki, elə bilirdim ki, yuxu görürəm, bəzilər də toyda gizli çəkiliş hiss edən kimi, özünü pəncərədən aşağı buraxıb.
Bu toyun görünən və görünməyən tərəfləri var. Hələ laap  arxa planda olanlar da var. Və elə bilirlər ki, heç kimin xəbəri yoxdur. 
Belələrindən biri də Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırovdur. 
Qısa məlumat üçün onu qeyd edəkki, Vəfadar müəllim haradan gəlib PA-ya çıxıb. 
Vəfadar müəllim əvvəllər Sabirabadda hansısa balaca ərazinin icra nümayəndəsi olub. Sabirabadın keçmiş deputatı, Fətullah Gülənin nümayəndəsi  Ceyhun Osmanlı seçkidə  Vəfadar müəllimlə tanış olub və onu Fətullah Gülənin Sabirabadda  “İmamı” təyin edib. Sonra Vəfadar müəllim, Fətullah Gülənin ailə üzvü hesab etdiyi dostu Rəbiyyət xanın Aslanovanın oğlu  Elnur Aslanovla tanış olub. Az vaxtda Vəfadar müəllim, Sabirabadda icra başçısının müavini, sonra isə ordan Prezident Aparatına gəlib və sektor müdiri olub.  
Əsl həqiqətdə  Vəfadar Bağırovun karyerasında hamıdan  çox Ramiz Mehdiyevin əməyi olub. Çünki Vəfadar Bağırov Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin yaxın qohumudur, hər  ikisinin bir tərəfi Maştağalıdır. Vəfadar Bağırov Ramiz Mehdiyevin kürəkəni,həbs olunan İlham Əliyevin isə qan qohumudur və nə olsada  bugünkü gündə çətin durumda olan qohum-əqrabalarını müdafiə edəcək.

Əyalətdən  birbaşa PA-na transfer edən Vəfadar Bağırov hazırda Cənub rayonları üzrə kuratordur. 
İndi keçək toy məsələsinə.    
Vəfadar müəllimin özünə ən yaxın  çevrədən bizə verilən məlumata görə, toyun quzusunu, danasını, andrikotunu, şorabasını, cücəplovunu, bir sözlə, hər cürə  ləziz nemətlərini  Vəfadar müəllim təşkil edib. 
Bəli, Vəfadar müəllimin bir işarəsi ilə icra başçıları səfərbər olublar və toyun naz-nemətlərini təmin ediblər. 
İndi toyun söhbəti böyüyəndə icra başçıları Vəfadar müəllimə zəng edirlər ki, bizi çağırsalar nə deyək, ay Vəfadar müəllim ? 
Bir sözlə, bu toy çoxlarını qarınağrısına salıb. 
Toya  bahalı nəmər göndərən icra başçılarının siyahısı məlumdur. Yəqin ki, yaxın günlərdə bu siyahının səsi çıxacaq.
Ümumiyyətlə, Vəfadar müəllimin xidmətləri təkcə toyun tədarükü ilə bitmir. O, bir çox məsələlərdə dövlətlə vətəndaş arasında əməlli-başlı uçurum yaradır. Beləki, Vəfadar müəllimə yaxın olan PA-nın işçisi Əli adlı əməkdaş öz qəbul otağını az qala çayxanaya çevirib, kostyumlu dostlarını başına yığıb vaxt öldürür, qəbula gələn vətəndaşları isə saymır. Daha doğrusu, sayır. Məsələn, hansı vətəndaşın şikayətindən yararlanmaq olarsa, onu qəbul edib ortada məsələsinə öz istədiyi kimi baxır.
Bir sözlə, Ramiz Mehdiyevin qohumu olan Vəfadar Bağırov PA-nı çevirib sanki “işədüzəltmə bürosuna”. 
Bəli, biz bir media olaraq Prezidentin buyurduğu kimi “Harda neqativ hallar görsəniz mənə xəbər edin”  tapşırığını əldə əsas tutaraq, heç nədən çəkinmədən bildiyimiz məlumatları Ali orqana çatdırırıq.
Məlumatı dəqiqləşdirmək və ölçü götürmək səlahiyyət sahibi olan orqanların işidir. Biz isə öz növbəmizdə Ölkə başçısı cənab İlham Əliyevdən, DTX-nın rəhbəri cənab Əli Nağıyevdən bu məsələnin tam araşdırılmasını xahiş edirik.
P.S. Hələ bu harasıdır.......
“Gündəlik Bakı”nın Araşdırma Qrupu(gundelik-baku.com)

Oxşar xəbərlər