“Təmiz Şəhər” Şuşada - Video
12-07-2021, 18:42
166

“Təmiz Şəhər” Şuşada - Video

Azərbaycan Prezidenti tərəfindən 22 iyun 2021-ci ildə imzalanan Sərəncamla işğaldan azad edilən Şuşa şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi  “Təmiz Şəhər” ASC-yə həvalə edilib.
Müvafiq sərəncamla Şuşa şəhərində ətraf mühitə mənfi təsirlərin azaldılması, bərk məişət tullantılarının müasir ekoloji və texnoloji idarəetmə sisteminin yaradılması istiqamətində işlərə başlanılıb.
İlkin mərhələdə şəhər ərazisinə xüsusi texnikalar, işçi qüvvəsi cəlb olunaraq  küçələrdə və müxtəlif təyinatlı binalarda təmizlik işləri həyata keçirilib. Tullantların daşınması üçün 200 ədəd xüsusi konteyner tullantı meydançalarına yerləşdirilib. İşğal altında olduğu zaman dağıdılan və bərk məişət tullantıları ilə çirkləndirilən  tarixi binalar “Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən təmizlənib və bu işlər hazarda da davam etdirilir. 
Qurumun sosial şəbəkə səhifələrində Şuşaya ezam olunan əməkdaşların  iş prosesini əks etdirən  “Təmiz Şəhər” Şuşada başılığı ilə  videoçarx paylaşılıb.


Oxşar xəbərlər