Baş nazirdən Tovuzla bağlı SƏRƏNCAM
25-08-2020, 16:30
212

Baş nazirdən Tovuzla bağlı SƏRƏNCAM

Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün vəsait ayrılması barədə” sərəncam imzalayıb.
Bakıtv.az-ın məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə 450 min manat məbləğində vəsait ayrılıb.

Oxşar xəbərlər