"Delta" ştammı yaxınlaşır - Ölkəmizdə yenidən qapanma olacaq? - AÇIQLAMA
13-07-2021, 18:07
164

"Delta" ştammı yaxınlaşır - Ölkəmizdə yenidən qapanma olacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, "Delta ştammı" artıq qonşu ölkə Gücüstanda yayılmağa başlayıb. Son statistikaya görə, "Delta" ştammına Gürcüstanda 72, Türkiyədə 750 yoluxma faktı qeydə alınıb.

Bəs virusun bu variantı ölkəmiz üçün nə qədər təhlükəlidir? Yoluxma sayı yenidən arta biilərmi? Bu, ölkəmizdə yenidən qapanmaya səbəb ola bilərmi?

Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən həkim Aydın Əliyev bildirib ki, "Delta" ştammı ölkəmiz üçün təhlükəli deyil:

"Bu virus koronavirusun bir az fərqli variantıdır. Düşünürəm ki, bizdə Rusiya və Hindistandakı qədər çox yoluxma olmayacaq. Çünki bizdə əksər insanlar vaksinasiya olunub. Ona görə ölkəmiz üçün elə də ciddi təhlükə yaradacağını düşünmürəm".

Oxşar xəbərlər