Gəncə şəhərini sel basdı
14-07-2021, 10:25
210

Gəncə şəhərini sel basdı

Gəncədə yağıntılı hava şəraiti bir sıra fəsadlar törədib.
Ötən gün axşam saat 22-i radələrindən yağan güclü yağış selə səbəb olub.
Sel şəhərin bir neçə küçəsində avtomobillərin hərəkətinə, həmçinin, insanların gediş-gəlişinə çətinliklər yaradıb.
Şəhərin Sadıllı, Məhsəti qəsəbəsi sel suları altında qalıb. Bəzi həyətlərə sel suları ilə dolub. Hazırda ölkənin qərb bölgəsində - Göygöl, Samux, Daşkəsən, Şəmkir və Gədəbəy rayonlarına qeyri-sabit hava şəraiti davam edir.(apa)
 

Oxşar xəbərlər