Qurbanlıq heyvanların satışı və kəsimi YERLƏRİ - Siyahı
14-07-2021, 10:43
387

Qurbanlıq heyvanların satışı və kəsimi YERLƏRİ - Siyahı

Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri barədə məlumat yayıb.
"Report"un xəbərinə görə, 2021-ci il iyul ayının 20-21-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 88 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaqdır. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaqdır. Bununla yanaşı, regionlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraqqurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcəkdir.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən şəhərə” layihəsi çərçivəsində Qurban bayramı günlərində vətəndaşların seçim imkanlarını artırmaq, dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası zamanı vətəndaşların sıx toplaşmasının qarşısını almaq və onların sağlamlıqlarının qorunmasına xidmət etmək məqsədilə qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaqdır. Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində 7 ünvandan götürə biləcəklər Qurbanlıqların onlayn şəkildə sifarişinin həyata keçirilməsi üçün satış portalı 16 iyul tarixindən etibarən vətəndaşların istifadəsinə veriləcək.
Ölkə ərazisində fəaliyyət göstərən kifayət qədər soyuducu infrastrukturuna malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulmuşdur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə ətraflı məlumatlar veriləcəkdir. Bu ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları www.afsa.gov.az/uploads/satish.pdf  linkə daxil olmaqla əldə edə bilərsiniz.
Qurban bayramı günlərində respublika üzrə 88 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 53-də həm kəsim, həm satış, 17-də qurbanlıq heyvanların satışı, 18-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaqdır.
Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.
Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara Qurban bayramından bir neçə gün əvvəl qurbanlıq heyvanları onlayn şəkildə sifariş etməyi, həmçinin ticarət şəbəkələrinə əvvəlcədən müraciət edərək, baytarlıq nəzarətindən keçmiş və bayram günlərində kəsilmiş sağlam qurbanlıq heyvan cəmdəklərini əldə etməyi tövsiyə edir. Qurban bayramının bu qaydalarla həyata keçirilməsi insanların bayramı təhlükəsiz və sağlam şəraitdə qeyd etmələrinə, habelə heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi ilə bağlı mövcud qanunvericiliyin icrasını təmin etməyə, yarana biləcək pərakəndəliyin aradan qaldırılmasına imkan verəcəkdir.
Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları www.afsa.gov.az/uploads/menteqe.pdf linkə daxil olmaqla və ya aşağıdakı cədvəldən əldə edə bilərsiniz:
RayonÜnvanQeyd
Bakı şəhəri, Binəqədi rayonu8 mkr., Cəfərxəndan 52Ckəsim və satış
Biləcəri qəsəbəsi, Rəşid İsmayılov 9kəsim və satış
Bakı şəhəri, Xətai rayonuHəzi Aslanov qəsəbəsi, İlham Məmmədov küçəsi 17/2kəsim və satış
Bakı şəhəri, Xəzər rayonuBuzovna qəsəbəsi, H. Sadiq küçəsi 21kəsim və satış
Binə qəsəbəsi, Ş. İ. Xətai küçəsi 78kəsim və satış
Buzovna qəsəbəsi, H. D. Səmədzadə küçəsi, ev 28kəsim və satış
Binə qəsəbəsi, Mərdəkan şosesi (Grandmarketin yanı)kəsim və satış
Bakı şəhəri, Qaradağ rayonuLökbatan qəsəbəsi, S. Xəlilov küçəsi 13, “Qoç ət” MMCkəsim və satış
Bakı şəhəri, Nərimanov rayonu"Bakı Taxıl " ASC-nin ərazisində ət kəsimi məntəqəsi, Ə. Əliyev 26kəsim və satış
Keşlə Bazarı, Ə. Əliyev 36, Ə. Əliyev və Y. V. Çəmənzəminli küçələrinin kəsişməsikəsim və satış
"50 Qəpik" mağazasının ət kəsimi məntəqəsi, Ə. Əliyev və Y. V. Çəmənzəminli küçələrinin kəsişməsikəsim və satış
Bakı şəhəri, Nizami rayonuHeydər Əliyev prospekti 92, “ESE” MMCkəsim və satış
Heydər Əliyev prospekti 92, “Bəsit” firmasıkəsim və satış
M. Abbasov küçəsi, 2405-ci məhəlləkəsim və satış
Keşlə qəsəbəsi, 4-cü Köndələn küçəsi 217kəsim və satış
Çobanzadə küçəsi 63kəsim və satış
Bakı şəhəri, Pirallahı rayonuPirallahı qəsəbəsi, S. Vurğun küçəsikəsim və satış
Bakı şəhəri, Sabunçu rayonuRamana qəsəbəsi, Şuşa küçəsikəsim və satış
Zabrat qəsəbəsi, Babək küçəsiskəsim və satış
Bakı şəhəri, Səbail rayonuGülbala Əliyev küçəsi 20kəsim və satış
Gəncə şəhəriMüseyib Bağırov küçəsiyalnız kəsim
Kəpəz rayonu, Sadıllı qəsəbəsiyalnız kəsim
Kəpəz rayonu, "Kəpəz-Bazarı" ASC-nin yaxınlığıyalnız kəsim
Lənkəran şəhəriLənkəran şəhəri, Fizuli küçəsi (Çadırtipli heyvan kəsim məntəqəsi)kəsim və satış
Mingəçevir şəhəriƏrəş küçəsikəsim və satış
Təbriz küçəsikəsim və satış
Sumqayıt şəhəriSumqayıt şəhəri, İnşaatçılar küçəsi 61Akəsim və satış
Sumqayıt şəhəri, Çerkassi küçəsi, 46-cı məhəllə, “Misiroğlu” MMCkəsim və satış
Şəki şəhəriMikayıl Müşfiq küçəsi, “Halal Kəsim” MMCyalnız kəsim
Salman Mümtaz küçəsiyalnız satış
Şirvan şəhəriHeydər Əliyev prospekti (Çadırtipli heyvan kəsim məntəqəsi)kəsim və satış
Yevlax rayonuAşağı Bucaq kəndikəsim və satış
Salahlı kəndikəsim və satış
Yevlax rayon, Aran qəsəbəsikəsim və satış
Abşeron rayonuAbşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi 180/90, “Səhliyalı” kiçik müəssisəsiyalnız kəsim
Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi 1, “Az Sağlam Qida” MMCkəsim və satış
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, “Canət” MMCkəsim və satış
Abşeron rayonu, Məmmədli kəndikəsim və satış
Ağcabədi RayonuXocavənd kəndiyalnız kəsim
Aşağı Avşar kəndikəsim və satış
Ağdaş rayonuAğdaş rayonu, H. Əliyev pr. 169yalnız kəsim
Ağdaş rayonu, Heyvan bazarıyalnız satış
Ağstafa rayonuBakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun kənarı (Çadırtipli heyvan kəsim məntəqəsi)kəsim və satış
Balakən rayonuBalakən şəhəri, N. Rəfibəyli küçəsi 7yalnız satış
Beyləqan rayonuŞəfəq qəsəbəsi (Ziyarətgah)kəsim və satış
Şəfəq qəsəbəsi (Ziyarətgah)kəsim və satış
Bərdə rayonuQaradağlı kəndikəsim və satış
Biləsuvar rayonuBiləsuvar şəhər H. Əliyev küçəsiyalnız satış
Cəlilabad rayonuCəlilabad şəhəri, Qurtuluş pr-76yalnız satış
Füzuli rayonuBala Bəhmənli kəndiyalnız satış
Gədəbəy rayonuGədəbəy şəhəri, M. Ə. Rəsulzadə küçəsiyalnız kəsim
Yenikənd kəndiyalnız satış
Goranboy rayonuGoranboy-Goran avtomobil yolunun 2-ci km-i, yolun sol hissəsi, Goranboy Rayon Su-Kanal İdarəsinin həyəti (Çadırtipli heyvan kəsim məntəqəsi)kəsim və satış
Göyçay rayonuGöyçay rayonu, Cəyirli kəndiyalnız kəsim
Qarabaqqal kəndi, heyvan bazarıyalnız satış
Göygöl rayonuGöygöl şəhəri, A. Şadlinski küçəsi 1yalnız kəsim
Qızılqaya qəsəbəsiyalnız kəsim
Qızılca bələdiyyəsi ərazisikəsim və satış
Xaçmaz rayonuQaraqurdlu kəndi, “Şahdağ süd və ət” MMCkəsim və satış
İsmayıllı rayonuİsmayıllı şəhəri H. Əliyev pr. 7, "Yaşıl market" ticarət kompleksikəsim və satış
Qax rayonuQax şəhəri, İ. Dağıstanlı küçəsi 1yalnız satış
Qazax rayonuQazax şəhəri, Nəriman Nərimanov küç. 72Ayalnız kəsim
Qazax şəhəri, Nəriman Nərimanov küçəsiyalnız satış
Qəbələ rayonuQəbələ şəhəri, H. Əliyev pr. 9yalnız satış
Qobustan rayonuQobustan şəhəri, E. Vəliyev küçəsikəsim və satış
Quba rayonuQuba şəhəri, "Dəvədabanı" yaşayış massivikəsim və satış
Qusar rayonuQusar şəhəri, Çingiz Qurbanov 10Akəsim və satış
Masallı rayonuMasallı şəhəri, H. Aslanov küçəsiyalnız satış
Masallı şəhəri, H. Aslanov küçəsiyalnız satış
Neftçala rayonuNeftçala şəhəri, M. Əsədov küçəsiyalnız satış
Saatlı rayonuSaatlı rayonu, Sarıcalar kəndikəsim və satış
Salyan rayonuƏlət-Astara magistral avtomobil yolunun (köhnə) 58-ci km-iyalnız kəsim
Salyan rayonu, heyvan bazarı, kəsim məntəqəsindən 3-4 km aralıyalnız satış
Samux rayonuTatlı kəndikəsim və satış
Siyəzən rayonuSiyəzən rayonu, 1 saylı heyvan kəsim məntəqəsikəsim və satış
Şabran rayonuŞabran şəhəri, M. Müşviq küçəsi 7kəsim və satış
Şamaxı rayonuŞəhriyar qəsəbəsi, "Şirvan" ticarət kompleksikəsim və satış
Şəmkir rayonuHəbibli-1 MMC, Şəmkir şəhəri, 20 yanvar küç. 35 (Çadırtipli heyvan kəsim məntəqəsi)kəsim və satış
Tərtər rayonuTərtər şəhəri, Cavanşir küçəsi 84yalnız kəsim
Tərtər şəhəri, F. Qulami küçəsiyalnız satış
Tovuz rayonuTovuz şəhəri, Musa Musayev küçəsiyalnız kəsim
Qovlar şəhəri, Vağzal küçəsiyalnız kəsim
Tovuz rayonu, Ceyrançöl ərazisi, "Tovuz Agro" MMCyalnız kəsim
Aşağıquşçu kəndi, heyvan bazarıyalnız satış
Zaqatala rayonuAşağı Tala kəndiyalnız kəsim
Muxax kəndikəsim və satış
Əliabad qəsəbəsikəsim və satış
Zərdab rayonuZərdab şəhəri, Füzuli küçəsi 17kəsim və satış
 

Oxşar xəbərlər