“Qarabağ“ın futbolçusu Almaniyada əməliyyat olundu
14-07-2021, 12:28
164

“Qarabağ“ın futbolçusu Almaniyada əməliyyat olundu

"Qarabağ"ın zədəli futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub.
Sol ayağından xəsarət alan müdafiəçi Almaniyada əməliyyat edilib.
Daha əvvəl klubdan verilən açıqlamada Cəfərquliyevin ən azı 2-3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilmişdi.
Qeyd edək ki, millimizin də üzvü olan futbolçu "Qarabağ"ın Avstriya toplanışında zədə alıb.

Oxşar xəbərlər