Əməkdar artist: “Anama dedim ki, məni kişilik taxtından salma“ - Video
14-07-2021, 22:24
178

Əməkdar artist: “Anama dedim ki, məni kişilik taxtından salma“ - Video

Əməkdar artist Vahid Əliyev anası və həyat yoldaşı arasındakı münasibətdən danışıb.
Aktyor anasının onun xanımına əl qaldırdığını bildirib. V.Əliyev bu haqda "Elgizlə izlə" proqramında danışıb.
"36 yaşında həyat yoldaşısız qalmışdı, 7 uşaq böyütmüşdü. Evin böyüyü idim, ailə məsələsini hər zaman balanslaşdırırdım. Anam bir dəfə yoldaşımın üstünə gedirdi. Dedim, saxla, məni niyə evləndirdin? Evlənmək istəmirdim, oxuyacaqdım. Qayıtdı, evləndirdim ki, kişi olasan. Dedim, kişiliyi sən edəcəksənsə, burada nə gəzirəm? Mən gedim, sən qal. Əgər mənim kişi olmağımı istəyirsənsə icazə ver otağa keçəndə özüm onun dərsini verim. Məni kişilik taxtından salma. Ondan sonra anamın o emosiyası yığışdırıldı.
Bu o demək deyildi ki, yoldaşımı tutub anamı vurdum"

Oxşar xəbərlər