Qazi müharibədən əvvəl qəbul olduğu iş yerinə qayıtdı - VİDEO
14-07-2021, 22:53
177

Qazi müharibədən əvvəl qəbul olduğu iş yerinə qayıtdı - VİDEO

Vətən müharibəsi qazisi Elxan Kərimov “Azəriqaz” İstehsalat Birliyində işlədiyi yerinə qayıdıb.
Qurumun Mətbuat xidmətindən verilən xəbərə görə, Qarabağda gedən döyüşlərdə iştirak etdiyi dövrdə Birlik tərəfindən onun üçün ayrılmış yer saxlanılıb.
Ordu sıralarından tərxis olduqdan sonra Birliyin Təmir-Tikinti İdarəsinin 1 saylı təmir-quraşdırma sahəsində 4-cü dərəcəli “Qazla kəsən” peşəsinə işə qəbul edilib.
Qeyd edək ki, Elxan Kərimov 1998-ci ildə Hacıqabul rayonunun Qızılburun kəndində anadan olub. Onun ən böyük arzusu vətəninin ərazi bütövlüyünə qovuşması və 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olan dayısı İxtiyar Məmmədovun qisasını almaq olub. İllərdir gözlədiyi gün ötən ilin sentyabrın 27-də Vətən müharibəsinin başlamasına təsadüf edib. O, oktyabrın 9-u döyüşlərə yollanıb və ilk döyüş yolu Füzulidən başlayıb, daha sonra Xocavənd, Cəbrayıl və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib.


Oxşar xəbərlər