Baş infeksionistdən əhaliyə ÇAĞIRIŞ
15-07-2021, 22:08
220

Baş infeksionistdən əhaliyə ÇAĞIRIŞ

"İnsanlar pandemiyanın bitdiyini düşünməsinlər. Ölkədə hələ ki, yoluxma sayı yüksək deyil. Bunu uzunmüddətli tədbirlərlə əldə etmişik”.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, Qurban bayramında kütləvi təmaslar qaçınılmazdır:

"Maska taxmaq, məsafə saxlamaq və gigiyena qaydalarına əməl etmək lazımdır. Bildiyiniz kimi, daha aqressiv, yoluxuculuğu yüksək olan "Delta ştammı” ölkəyə daxil olub. İnsanları yay aylarında diqqətli və məsuliyyətli olmağa çağırırıq”.

Oxşar xəbərlər