Oxçuçayı çirkləndirən kombinatın fəaliyyəti dayandırıla bilər
16-07-2021, 11:06
141

Oxçuçayı çirkləndirən kombinatın fəaliyyəti dayandırıla bilər

Ermənistanda Zəngəzur mis-molibden kombinatı bir neçə gündən sonra öz fəaliyyətini dayandıra bilər.
Bunu kombinatın şurasının üzvü, “Ermənistan” seçki blokundan deputatlığa namizəd Vaqe Akopyan deyib.
Onun sözlərinə görə, kombinat, hətta Birinci Qarabağ müharibəsi dövründə belə fəaliyyətini dayandırmayıb.
“Amma indi müəssisənin bağlanma ehtimalı yaranıb. Kombinat artıq 20 milyondan çox zərərlə üzləşib”, - deyə V. Akopyan əlavə edib.
Qeyd edək ki, Zəngəzur mis-molibden kombinatında 8 və 14 iyul tarixlərində yoxlama-axtarış əməliyyatları keçirilib. Belə ki, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan seçkiqabağı kampaniyası zamanı bu kombinatda müxalifət lehinə rüşvət paylandığını iddia edirdi.
Xatırladaq ki, səhmlərinin böyük hissəsinin Almaniyanın “CRONIMET” şirkətinə məxsus olduğu Ermənistanın Zəngəzur mis-molibden kombinatı istehsalat tullantılarını ilkin təmizləmə işləri aparmadan birbaşa Oxçuçaya axıdır. Oxçuçay isə öz növbəsində Araz çayına qovuşur.

Oxşar xəbərlər