Nadir gəlinindən danışdı: “Dedim ki, nəsə lazım olsa, oğlumdan yox, məndən istə“
19-07-2021, 11:21
127

Nadir gəlinindən danışdı: “Dedim ki, nəsə lazım olsa, oğlumdan yox, məndən istə“

"Böyük elçilik etdik, elə nişan kimi idi. Çox narahatam. Hər zaman toyda olanda deyirdilər, həyəcanlıyıq. Təəccüblənirdim ki, niyə. İndi görürəm ki, başqa həyəcandır. Əvvəl oğluma deyəndə evlənmək, razılaşmırdı. Elə narahat idim ki...".
Bu sözləri müğənni Nadir Qafarzadə "Zaurla Günaydın" proqramında deyib. Oğlu Loğmanı nişanlayan sənətçi gəlinindən danışıb:
"Artıq gəlinə atalıq edirəm. Telefonumu verdim gəlinə ki, nəsə istəyəndə oğlumdan yox, məndən istə. Birdən onun gücü çatmaz. Hələ zəng gəlməyib, amma istəyərdim gəlsin, sevinərdim. Dörd ildir bir-birini sevib, bir işləyirdilər. Anası narahat olurdu ki, 25 yaşı var, evlənmir. Rusiyada olanda anası yazdı ki, oğlun eşqə düşüb. Anası Gürcüstandan, atası Naxçıvandandır. Atası rəhmətə gedib. Ziyalı ailədir, ürəyimizcə oldu".

Oxşar xəbərlər