Cəmiyyət
26-08-2020, 13:30
342
“Jalə Biznes MMC”nin MEHRİ-si ''ZON''lara niyə mehr salıb ?
Mehri xanım kimi ziyarətə gəlir ?
Məlumat üçün qeyd edək ki, JALƏ brendi ilə Azərbaycanda bir neçə biznes sahəsi faəliyyət göstərir. Onlardan ikisi - “Jalə Plaza” və Bülbül prospektində fəaliyyət göstərən “Jalə Biznes” MMC-də Odlar Yurdu Universitetinin rektoru, sabiq millət vəkili Əhməd Vəliyevə məxsusdur. Bu yazıda isə söhbət konkret olaraq “Jalə Biznes” MMC-dən gedir. Belə ki, redaksiyamıza daxil olan məlumata görə, “Jalə Biznes” MMC-nin MEHRİ adlı bir xanım “koroleva”sı var. Mehri xanım yaz demir, qış demir, payız demir, gecə demir, gündüz demir, ilin əksər günlərini QAZAMAT-ın qarşısında görükür. Əlbəttə, kimsə qəzavü-qədərin ucbatından ərinin, kimsə qardaşının, kimsə oğlunun dalınca həbsxana qapılarına gələ və öz analıq,bacılıq borcunu yerinə yetirə bilər. Görəsən, Mehri xanımı həbsxanaya gətirən hansı hissdir ? Mehri xanım kimin ardınca bura gəlir ? Mehri xanım hər dəfə həbsxanaya gələndə niyə “nadzor”lar, hətta kalonun rəisi sevincindən yata bilmir ? Mehri xanım Penitensiar Xidmətin əməkdaşlarına nə verir, nə göstərir ki, onu kolonda belə hörmət və ehtiramla qarşılayırlar ? El arasında mehr-məhəbbət deyilən bir ifadə var. Görəsən, Mehri xanımın mehr-məhəbbəti nədir ki, tez-tez zindana kimisə ziyarət etməyə gəlir ? Bu suala növbəti yazıda cavab verməyə çalışacağıq.
''Gündəlik Bakı''nın Araşdırma Qrupu(gundelik-baku.com)